Rus hərbçilər ordu rəhbərliyini məhkəməyə verdi

Rus hərbçilər ordu rəhbərliyini məhkəməyə verdiUkraynada döyüşməkdən imtina etdikləri üçün iki həftə zirzəmidə saxlanılan rus hərbçiləri Rusiya İstintaq Komitəsindən qanunsuz həbs, adam oğurluğu və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə cinayət işinin başlanmasını tələb ediblər.

Axar.az xəbər verir ki, bunu “Aqora” hüquq müdafiə təşkilatının rəhbəri Pavel Çikov deyib.

“Avqust ayında “lxr”ə döyüşmək üçün göndərilən Moskvadan olan müqaviləli əsgər Aleksandr Afonin və Pskovdan Andrey Vasilyev istintaq orqanlarına müraciət ediblər. Onlar bildiriblər ki, “lxr”ə göndərilən hərbçilər tibbi və digər yardım almadıqları üçün döyüş əməliyyatlarında iştirakdan imtina ediblər. Nəticədə hərbçilər daha 280-ə yaxın səfərbər edilmiş rusla birlikdə Zaytsevo kəndindəki zirzəmiyə salınıblar. Onlar orada iki həftə qeyri-insani şəraitdə qida olmadan saxlanılıblar. Yüksək rütbəli komandirlər onları hədələyib və psixoloji təzyiqlər ediblər”, - o bildirib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər