Sizin Reklam Burada

Rusiyada ciddi problemlər yaşanır - Mixeyev

Rusiyada ciddi problemlər yaşanır - MixeyevHazırda Rusiyanın bir çox bölgəsində çox ciddi problemlər yaşanır. Bu problemlər də güclü informasiya müharibəsi ilə bağlıdır. İnsanlarımızın Xerson məsələsindən sonra şayiələrə inamı bir az da artıb. Bu tendensiyanı isə Qərbdə hiss ediblər və hər gün yeni bir şayiə ictimaiyyətin içinə buraxılır.

Bu barədə “Vladimir Solovyovla axşam” proqramının efirində rusiyalı politoloq Sergey Mixeyev bildirib.

“İndi dostlarımdan eşidirəm ki, Donbasda ciddi-ciddi hamı dekabr ayının beşində Rusiya ordusunun Zaporojyedən geri çəkiləcəyini, AES də daxil olmaqla, ərazinin Ukraynaya təhvil veriləcəyini gözləyir. Guya bununla bağlı tərəflər arasında detallar da razılaşdırılıb. Bu, açıq-aydın şayiədir. Zaporojye AES artıq Rusiyanın “Rosatom”na daxil olub, belə şey mümkün deyil. Amma görürük ki, bu tip feyklər çox gözəl işləyir. Bir çox insan buna inanır.

Mənim yadıma Ukraynadakı Maydan hadisələri düşdü. O zaman orada idim. İnsanlar ciddi-ciddi inanırdı ki, Zelenski hakimiyyətə gələn kimi pensiyalar 3 min dollar olacaq. Mən soruşurdum ki, bunu hardan eşitmisiz? Cavab məni şoka salırdı – qonşumun oğlu polisdi, o deyib...” - o qeyd edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər