Rusiya qorxur və ciddi müdafiəyə hazırlaşır

Rusiya qorxur və ciddi müdafiəyə hazırlaşırRusiya başa düşür ki, Ukrayna əsgərləri Dneprdən keçib Xerson vilayətinin şərq hissəsində əks-hücum əməliyyatına başlaya, Krıma qədər bütün kritik quru kommunikasiyalarını təhdid edə bilər.

Bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.

Məlumata görə, ruslar müdafiə mövqeləri qurublar:

“Bu, Dnepr çayının sol sahilində müdafiəyə hazırlığın gücləndirilməsindən xəbər verir. Rusiya qoşunları ya ciddi müdafiəyə, ya da strateji əməliyyata hazırlaşır. Onlar açıq şəkildə Ukrayna qoşunlarının çaydan keçməsinin qarşısını ala bilməyəcəklərini anlayır, keçidi dayandırmaq üçün müdafiə mövqelərinə üstünlük vermirlər”.

Qeyd olunur ki, Rusiyanın müdafiə mövqeləri Kremlin Ukraynanın Dneprdən keçən əks-hücum əməliyyatı perspektivinə ciddi təhlükə kimi baxdığını deməyə əsas verir:.

“Çox güman ki, işğalçılar Ukrayna ordusunun Kinburnu işğal edəcəyini gözləyirlər. Lakin onlar Ukraynanın Xerson bölgəsinə doğru irəliləməsinin qarşısını almaq və amfibiya hücumundan qorunmaq niyyətindədirlər. Rusiya ordusunun müdafiə mövqeləri təchizat xətləri boyunca irəliləməyə çalışan Ukrayna qüvvələrinə qarşı qorunmaq üçün optimallaşdırılıb. Bu mövqelərin əksəriyyətində sahələrin ortasında yaradılan açıq cinahlar var. Həmin mövqelərin çoxu bir-birindən taktiki dəstək məsafəsində deyil. İşğalçılar daha çox qüvvə yerləşdirmək üçün Ukraynanın Dnepr çayının şərq sahilinə hücumunu dayandırmaq əvəzinə, gecikdirməyə çalışacaqlar”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər