Sizin Reklam Burada

SEPAH-dan şok: İran böyük müharibə ilə qarşılaşıb

SEPAH-dan şok: İran böyük müharibə ilə qarşılaşıbİsrail məhv olacaq, islam inqilabı isə sarsılmadan qalacaq.

Axar.az xəbər verir ki, bu sözləri SEPAH komandanı, general Hüseyn Salami deyib.

O bildirib ki, İran düşmənlərin və bütün dünyadan bidətçilərin islam inqilabına qarşı nəhəng müharibəsi ilə üz-üzədir:

“Əmin ola bilərsiniz ki, sionist rejim yıxılacaq, ancaq islam inqilabı zərər görməyəcək. Düşmən hiylələri məqsədinə çatmayacaq”.

O, ABŞ, Böyük Britaniya, İsrail, Almaniya, Fransa və Səudiyyə Ərəbistanını İranda gərginlik yaratmaq üçün təfriqçi mediadan istifadə etməkdə ittiham edib və bildirib ki, İran xalqı ayıqdır, düşmənin planlarını pozur.

Onun sözlərinə görə, ABŞ, Böyük Britaniya, İsrail və Ərəbistan İrana qarşı maksimal güclə fəaliyyət göstərirlər:

“Bu “dünya müharibəsi” Amerika və İsrail rejimləri və onların müttəfiqləri üçün məzarlığa çevriləcək”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər