Ukrayna hərbçiləri Latviyada qəzaya düşdü - 25 yaralı
Dərc olunub:
28-11-2022, 02:39
Estoniyanın paytaxtı Tallindən Latviyaya gedən yolda avtobus yük maşını ilə toqquşub.
Avrasiya.net xəbər verir ki, bu barədə Estoniyanın ERR nəşri məlumat yayıb.
Bildirilir ki, qəza nəticəsində Ukrayna ordusunun 25 hərbi qulluqçusu yaralanıb. Qəza zamanı bir eston hərbçinin də xəsarət aldığı bildirilir.
Ukrayna əsgərlərinin niyə Latviyada olması barədə məlumat verilməyib.