Rusiya sülhməramlılarından Azərbaycana qarşı TƏXRİBAT

Rusiya sülhməramlılarından Azərbaycana qarşı TƏXRİBATQarabağın dağlıq hissəsinə müvəqqəti nəzarət edən Rusiya sülhməramlı qüvvələri Azərbaycana qarşı açıq-aşkar təxribatçı mövqe sərgiləyir. Belə ki, sülhməramlılar onlara Qarabağın yaşayış məntəqələrinin Azərbaycan toponimlərinə uyğun adlı siyahı və xəritə verilməsinə baxmayaraq, rəsmi press-relizlərdə Azərbaycana məxsus əraziləri qondarma erməni adları kimi təqdim edir.

Azərbaycanın Müdafiə Nazirliyi ardıcıl iki dəfə Rusiya sülhməramlı kontingentinin komandanlığına müraciət edib. Bildirilib ki, Rusiya Federasiyasının Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində dərc olunan Rusiya Federasiyasının sülhməramlı kontingentinin rəsmi məlumatlarında yaşayış məntəqələrimizin adları uydurma erməni toponimləri ilə qeyd edilib. Diqqətə çatdırılıb ki, Rusiya Federasiyasının sülhməramlı kontingentinin 25 noyabr 2022-ci il tarixli rəsmi məlumatında patrul xidməti aparılan marşrut “Mardakert” və "Martuni" yaşayış məntəqələri istiqaməti kimi göstərilib.

"Rusiya tərəfinin diqqətinə çatdırırıq ki, məlumatda onların “Mardakert” və "Martuni" adlandırdıqları Azərbaycan yaşayış məntəqələrinin rəsmi adları uyğun olaraq Ağdərə və Xocavənddir.

Bir daha Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanlığını müvafiq məlumatlarında ölkəmizin ərazisindəki yaşayış məntəqələrinin adlarını düzgün toponimlərlə ifadə etməyə çağırırıq", - Müdafiə Nazirliyi sülhməramlılara etirazını çatdırıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər