Ərdoğandan terrorçulara xəbərdarlıq: "Bu, hələ başlanğıcdır"
Dərc olunub:
23-11-2022, 14:05
"Təyyarələrlə, PUA-larla apardığımız əməliyyatlar sadəcə başlanğıcdır".
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Onun sözlərinə görə, terrorçuların üzərindən çıxan sənədlər onların PKK-dan fərqlənmədiyini göstərir: “Qərb ölkələrinin terrorçuların Suriyadakı qolunu PKK-dan ayırma cəhdlərinin mənasız olduğu aydındır".
Ərdoğan bildirib ki, ən uyğun vaxtda quru əməliyyatları da başlayacaq.