İranda həbsdə olan etirazçılara təcavüz edilir
İranda həbs edilən etirazçılar cinsi istismara məruz qalır.
Avrasiya.net xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalında məlumat paylaşılıb.
Bildirilib ki, CNN telekanalı İran hökumət qüvvələrinin təcridxanalarda saxlanılan etirazçılarla necə davrandıqları və şahidlərin ifadələri əsasında həbsxanalarda etirazçıların cinsi zorakılığa, eyni zamanda təcavüzə məruz qalması ilə bağlı geniş reportaj hazırlayıb.
Qeyd edək ki, 16 sentyabrda Tehranda 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən döyülərək öldürülməsindən sonra İranı genişmiqyaslı etirazlar bürüyüb. Molla rejiminin əleyhinə keçirilən aksiyalar zamanı ümumilikdə 10 mindən çox etirazçı saxlanılıb. Saxlanılan şəxslərdən 5-nin edam olunmasına qərar verilib.