Sizin Reklam Burada

"Qanunlar burada şah deyil, şah olan məmurlardır"

"Marneuli Bələdiyyə Məclisinin şikayəti bizim üçün elədə təəccüblü deyil. Biz bilirdik ki, tolerantlıq, demokratiya yalnız sözdədir. Qanunlar burada şah deyil, şah olan məmurlardır. Həmişə olduğu kimi, milli, dini azlıqlara qarşı ayrı-seçkilik devam edir".

Bunu Ümumi Gürcüstan Müsəlmanlarının Ali Dini İdarəsinin (ÜGMADİ) sədri Seyid Mirtəqi Əsədov söyləyib. "Əgər dedikləri kimi, məbləğ mədəni irs abidələrin qorunması üçün ayrılırsa, əhalisinin böyük əksəriyyəti müsəlman olan bələdiyyədə nəyə görə kilsəyə bu qədər məbləğ ayrılır, amma məscidə yox. Məscidlər bəyəm mədəni irs abidəsi deyil? Nəyə görə məscid və mədrəsə cərimələnir, tikilməsinə icazə verilmir? Bu tamamilə ayrı-seçkilik və qanun pozuntusudur",- deyə o, əlavə edib.

Onun sözlərinə görə, müvafiq məsələ ilə əlaqədar mübarizələrini davam etdirəcəklər.

"Marneuli Bələdiyyə Məclisinin qərardan şikayət edərək Apellyasiya Məhkəməsinə müraciət etməsinə gəldikdə isə onlar vaxt qazanmağa çalışırlar, kilsəyə vəsait ayırmaq üçün çıxış yolu axtarırlar. Bizim bu kimi haqsızlıqlara qarşı mübarizə aparmağımız, məhkəməyə müraciət etməyimiz yalnız özümüz üçün deyil, vətənimizin çiçəklənməsi və normallaşması üçündür. Bu cür ölkə inkişaf edə bilməz, əksinə zərər görər. Biz çalışırıq ki, ölkəmiz ədalətli olsun, hərkəsə bərabər yanaşsın, mədəni və dini dəyərlərə eyni qiymət verilsin. Biz bütün dinlərə bərabər imkanların yaradılmasını tələb edirik. Onlar bu davranışları ilə sanki, pravoslav kilsəsindən başqa heç bir dini və məzhəbi tanımadıqlarını bildirilər. Mən onlara demək istəyirəm ki, bizdə varıq, dinimizdə var və öz mədəniyyətimiz var olduğu kimi başqalarıda var".

Xatırladaq ki, bu ilin 1 iyul tarixində Bolnis Şəhər Məhkəməsi Ümumi Gürcüstan Müsəlmanları Ali Dini İdarəsi və ictimai fəal Samirə Bayramovanın şikayəti üzrə Marneuli meriyası tərəfindən, Marneuli və Hucabi Yeparxiyasına hər il ayrılan 400 min lari qərarını ləğv edib. Bu günlərdə isə Bolnisi Məhkəməsinin müvafiq qərarından Marneuli Bələdiyyə Məclisi Apellyasiya Məhkəməsinə şikayət verib. Məsələyə münasibət bildirən ictimai fəal Samirə Bayramova deyib ki, görünən odur ki, məhkəmənin qərarı Bələdiyyə Məclisi üçün heç də xoş deyil.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər