Moskvanın mərkəzində yanğın, ölənlər var
Dərc olunub:
21-11-2022, 03:15
Rusiyanın paytaxtı Moskvanın Komsomolskaya meydanı yaxınlığında yerləşən gül anbarında güclü yanğın baş verib.
Avrasiya.net xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində 5 nəfər dünyasını dəyişib.
Yanğın 2,5 min kvadratmetr sahəni əhatə edib. Hadisə yerindən 7 nəfər təxliyə edilib. Yanğının ilkin səbəbi hələlik məlum deyil, araşdırma aparılır.