Sizin Reklam Burada

İranda etirazçılar atəşə tutuldu - Ölən və yaralılar var

İranda etirazçılar atəşə tutuldu - Ölən və yaralılar varİranda kütləvi aksiyaların qarşısını almaqda çətinlik çəkən hüquq-mühafizə orqanları etirazçılara atəş açıb.

Avrasiya.net xəbər verir ki, bu barədə İranın teleqram kanalları məlumat yayıb.

Məlumata əsasən, SEPAH üzvləri etirazları yatırmaq üçün Qərbi Azərbaycan vilayətində nümayişçilərə atəş açıb. İnsident nəticəsində ölənlərin və yaralananların olduğu bildirilir.

Ümumilikdə isə İrandakı aksiyalarda 400-dən çox insanın həlak olduğu deyilir.

Xatırladaq ki, sentyabrın 16-da Tehranda 22 yaşlı Məsiha Əmininin əxlaq polisi tərəfindən döyülərək öldürülməsindən sonra İranın bütün şəhərlərini bürüyən kütləvi aksiyaların yatırılmasında “Bəsic” üzvləri polis və digər təhlükəsizlik qüvvələri ilə birlikdə hərəkət edib. Təşkilat üzvlərinin aksiya iştirakçılarına qarşı qəddar davranışı diqqətdən yayınmayıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər