Türkiyə qırıcılarını havaya qaldırdı, bazalar bombalandı
Dərc olunub:
20-11-2022, 10:00
Türkiyə Milli Müdafiə Nazirliyi Suriya və İraqın şimalında terrorçuların bazalarına qarşı hava əməliyyatının ilk görüntülərini yayıb.
Bu barədə nazirlik özünün "Twitter" səhifəsində paylaşım edib.
"Terrorçuların yuvaları birbaşa zərbələrlə məhv edilir", - paylaşımda deyilir.
Türkiyə Milli Müdafiə Nazirliyi bildirib ki, hava əməliyyatı PKK/KCK/YPG terrorçularının Türkiyəyə qarşı hücumlar üçün baza kimi istifadə etdiyi İraq və Suriyanın şimal bölgələrində həyata keçirilir.
Terör yuvaları tam isabet vuruşlarla yerle bir ediliyor! ?? pic.twitter.com/9jiFRn0hej
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) November 19, 2022
Son xəbərlər
