Sizin Reklam Burada

Fransada saziş imzalandı: Ermənistana 200 milyon ayrıldı

Fransada saziş imzalandı: Ermənistana 200 milyon ayrıldıBirgə büdcə yardımı proqramı çərçivəsində Ermənistan, Fransa İnkişaf Agentliyi və Asiya İnkişaf Bankı arasında kredit sazişləri imzalanıb.

Axar.az xəbər verir ki, bu barədə Ermənistanın Maliyyə Nazirliyi məlumat yayıb.

“Ermənistan və Fransa İnkişaf Agentliyi arasında 100 milyon avro məbləğində kredit sazişi (iki tranşda veriləcək), Ermənistanla Asiya İnkişaf Bankı arasında eyni məbləğdə kredit sazişi imzalanıb. Sənədləri Ermənistanın maliyyə naziri Tiqran Xaçatryan, Fransa İnkişaf Agentliyinin Şərqi Avropa, Yaxın Şərq və Asiya departamentinin direktoru Siril Bele və Fransanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Ann Luyo imzalayıb”, - məlumatda deyilir.

Asiya İnkişaf Bankı adından isə sazişi AİB-in Ermənistan nümayəndəliyinin direktor müavini Hupinq Huanq imzalayıb.

Qeyd olunur ki, dövlət maliyyəsinin əsas məqsədləri dövlət maliyyə idarəçiliyinin effektivliyini gücləndirmək, pul və kapital bazarlarını inkişaf etdirmək, yaşıl iqtisadiyyata keçid üçün strateji çərçivəni hazırlamaqdır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər