star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

İranda daha 2 etirazçıya edam hökmü çıxarıldı

İranda daha 2 etirazçıya edam hökmü çıxarıldıİranın Tehran əyalətinin İnqilab Məhkəməsi cümə günü daha iki etirazçıya iki ölüm hökmü çıxarıb.

Bu barədə İSNA agentliyi məlumat yayıb.

Bundan əvvəl Tehran məhkəmələri İran paytaxtında iğtişaşçılar üçün üç ölüm hökmü çıxarıb.

"Tehranda son iğtişaşlarla bağlı məhkəmələrin ilkin hökmləri çıxıb. Onlara əsasən, indiyədək 5 nəfər ölüm cəzasına, daha 5 nəfərə isə 5 ildən 10 ilədək həbs cəzası verilib", - agentlik bildirib.

Qeyd olunub ki, İran qanunlarına əsasən, ölüm hokum inzibati bina və mülki nəqliyyatın yandırılması, milli təhlükəsizliyə qarşı sui-qəsd, o cümlədən korrupsiya, küçələrdə insanları soyuq silahla qorxutmaq, habelə polis əməkdaşlarını öldürmək üçün qəsdən terror aktı gerçəkləşdirmək kimi cinayətlətə görə çıxarılır.

İranda gənc qadın Məhsa Əmininin polis tərəfindən saxlanıldıqdan sonra ölümü ilə bağlı sentyabrın ortalarından başlayan kütləvi etirazlar davam edir. Küçə iğtişaşları əsasən Gilan, Xuzistan, Sistan və Bəlucistan, Tehran və Kürdüstan əyalətlərində baş verir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər