İranda terror aktı - Ölənlər və yaralılar var
Dərc olunub:
16-11-2022, 22:31
İranın cənub-qərbində yerləşən Xuzistan əyalətində sakinlərə silahlı hücum edilib.
Avrasiya.net xəbər verir ki, bu barədə İranın dövlət televiziyası məlumat yayıb.
İnsident nəticəsində azı 4 nəfər ölüb. Telekanal hadisəni terror aktı adlandırıb. Bildirilib ki, İzeh şəhərinin bazarına edilən hücumda daha 5 nəfər yaralanıb.
ISNA xəbər agentliyi iki sürücünün insanlara atəş açdığını açıqlayıb. Agentlik hücumda bir uşaq, bir qadın və Bəsic milislərinin iki üzvünün öldürüldüyünü qeyd edib.
İnsidentin kimlər tərəfindən törədilməsi və digər detallar hələlik məlum deyil.