Sizin Reklam Burada

Kadırov Zelenskiyə hədə-qorxu gəldi: "Kiyevə qədər gedəcəyik"

Kadırov Zelenskiyə hədə-qorxu gəldi: "Kiyevə qədər gedəcəyik"Çeçenistan rəhbəri Ramzan Kadırov Ukrayna prezidenti Vladimir Zelenskinin Rusiya ilə münaqişənin gərginliyini azaltmaq üçün təqdim etdiyi “sülh formulu”nu tənqid edib və Kiyev rəhbərliyinə əks şərtlər irəli sürüb.

Modern.az xəbər veriri ki, Kadırovun sözlərinə görə, Kiyev hakimiyyəti indi heç bir tələb irəli sürmək iqtidarında deyil. Çeçenistan rəhbəri vurğulayıb ki, Rusiyanın şərtlərinə gəlincə, onlar "daha realdır".

“Söhbət “Luqansk və Donetsk xalq respublikaları”nın, eləcə də Krım, Xerson və Zaporojye vilayətlərinin Rusiya kimi tanınmasından gedir. Bundan əlavə, Ukrayna hakimiyyəti rusdilli əhaliyə qarşı vəhşiliklərdə iştirak etmiş bütün “faşist cinayətkarları və şeytanları” ekstradisiya etməli, əks halda onlar rəsmən mühakimə olunmalıdırlar”.

Ramzan Kadırov əlavə edib ki, birdən qeyri-mümkün bir şey baş verərsə və bu şərtlərə əməl edilmədən “xüsusi əməliyyat” başa çatarsa, Çeçenistanda onun da daxil olduğu könüllülər olacaq ki, onlar “Banderanın faşistlərini və şeytanlarını hər damla qana görə cavablandıracaq”.

"Biz “Azovçular” kimi bütün bu şər ruhların sağ qalacağı danışıqların əleyhinəyik. Biz danışıqların qəti əleyhinəyik. Nasistləri məhv edəcəyik, Türkiyəyə qaçanları ömürlük həbs cəzası ilə geri qaytaracağıq. Bəli, Ukrayna silahlı qüvvələrini, digər xidmətlərin əməkdaşlarını başa düşə bilərik - onlar dövlət qulluqçularıdır. Amma nasizm, satanizm - nə qədər ki, belə cərəyanlar var, hansı danışıqlardan danışmaq olar, mən ümumiyyətlə təsəvvür edə bilmirəm”, - Kadırov bildirib.

Çeçenistan rəhbəri deyib ki, “xüsusi əməliyyat nəzərdə tutulduğu kimi, tam başa çatdırılmalıdır”.

"Cinayətkarları məhv edərək, sona qədər gedib Kiyevə çatmalıyıq. Heç kim inanmasa belə, Uca Tanrının adından belə bir niyyətimiz var və biz bunu həyata keçirəcəyik", - o əlavə edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər