Sizin Reklam Burada

Ukrayna İranın Rusiyaya verdiyi daha 10 PUA-nı məhv edib

Ukrayna İranın Rusiyaya verdiyi daha 10 PUA-nı məhv edibUkrayna hava hücumundan müdafiə qüvvələri Rusiyanın kütləvi zərbəsi zamanı 90-dan çox qanadlı raketdən 73-nü, eləcə də İrandan işğalçılara verilmiş 10 pilotsuz təyyarəni vurub.

Avrasiya.net xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının Teleqramda yaydığı məlumatda bildirilib.

Qeyd edilib ki, rusiyalı işğalçılar Ukraynanı havadan və dənizdən qanadlı raketlərlə vurublar.

Kütləvi raket buraxılışı üçün Rusiya 14 Tu-95 strateji raketdaşıyıcısı, Rusiya Qara Dəniz Donanmasının gəmiləri və İranın "Şahed-136/131" kamikadze-hücum pilotsuz təyyarələrini cəlb edib.

“Ümumilikdə 90-dan çox qanadlı raket atılıb: 70-i Xəzər dənizinin şimalından və Volqodonskdan (Rostov vilayəti), 20-si Qara dənizdən və 10 kamikadze pilotsuz uçan aparatdan istifadə olunub”, - deyə məlumatda bildirilir.

İlkin məlumatlara görə, hava hücumundan müdafiə qüvvələri düşmənin 73 qanadlı raketini və 10 kamikadze pilotsuz təyyarəsinin hamısını məhv edib.

Hərbçilər vurğulayırlar ki, düşmən Ukraynanın mühüm infrastrukturuna qarşı yüksək dəqiqlikli silahlardan istifadə etməkdə davam edir. Həmçinin raket zərbələri nəticəsində yaşayış binalarına da ziyan dəyib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər