star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

İranda tələbələrin etirazı: “Qiyamət qoparacağıq!”

İranda tələbələrin etirazı: “Qiyamət qoparacağıq!”Noyabrın 13-də İranda onlarla universitetin öyrəncisi aksiya keçirib.

Axar.az-ın məlumatına görə, ali təhsil ocaqlarının öyrənciləri yoldaşlarının, müəllimlərin və digər təhsil işçilərinin təqib və həbslərinə, bir çox narazı tələbənin universitetdən uzaqlaşdırılmasına etirazlarını bildiriblər.

Tələbələr universitet divarlarına öldürülən etirazçıların adlarını yazıb, antihökumət marşları oxuyublar.

“Haqqımızı almayınca dərslərə qatılmayacayıq”, “Yenə bir öyrənci həbs edilsə, qiyamət qoparacağıq” və s. şüarlar səsləndirən tələbələr dərslərə qatılmaqdan imtina ediblər.

İranın bir neçə şəhərində də gecə saatlarında etiraz nümayişləri davam edib və başda Xamenei olmaqla, hökumət əleyhinə şüarlar səsləndirilib.

Bir neçə şəhərdə “Bəsic” qüvvələrinin yerləşdiyi binalara “Molotov kokteyli” atılıb. Xamenei və Qasım Süleymaninin bannerləri yandırılıb.

Aksiyalar zamanı onlarla etirazçının həbs edildiyi, bir neçə nəfərin xəsarət aldığı qeyd edilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər