Türkiyədəki terror aktında yaralananların son VƏZİYYƏTİ
Dərc olunub:
14-11-2022, 06:22
İstanbulda törədilən terror aktında yaralananların vəziyyəti açıqlanıb.
Avrasiya.net xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca özünün "Twitter" hesabında məlumat yayıb.
Bildirilir ki, yaralanan 81 nəfərdən 39-nun müalicəsi başa çatdıqdan sonra evə buraxılıb.
Xəstəxanadakı 42 yaralıdan 5-i hələ də reanimasiya şöbəsindədir, onlardan 2-nin vəziyyəti ağırdır.
Qeyd edək ki, terror aktı zamanı 6 nəfər həlak olub.