Sizin Reklam Burada

Rusiya qoşunlarının Xersondan çıxarılması Kremldaxili parçalanmaya səbəb olur

Rusiya qoşunlarının Xersondan çıxarılması Kremldaxili parçalanmaya səbəb olurİşğalçı qüvvələrin Xersondan çıxarılması Rusiya Prezidenti Vladimir Putinlə “qırğı” fraksiyası arasında parçalanmaya səbəb olur.

“Report” xəbər verir ki, bu qənaətə ABŞ mərkəzli Müharibə Araşdırmaları İnstitutu gəlib.

İnstitutunun hesabatına görə, Putinin hərbi qüvvələrinin Ukrayna hökumətini devirmək və bütün Ukraynanı ələ keçirmək kimi maksimalist məqsədlərinə nail ola bilmədiyi üçün ifrat ideoloji müharibəmeyilli seçicilərin bir hissəsini sakitləşdirmək getdikcə çətinləşir.

Vladimir Solovyov kimi ifrat sağçı təbliğatçılar getdikcə Kremldən və ali hərbi komandanlıqdan Ukraynanın məhv edilməsi ilə bağlı bütün vədləri yerinə yetirməyi tələb edirlər.

Xersonun itirilməsi Kerç körpüsünün partladılmasından sonra tərəfdarlarının gözündə Putin üçün yeni məğlubiyyətdir.

Analitiklər Putinin tənqid dalğasını “demək olar ki, misli görünməmiş” adlandırırlar. Yəqin ki, televiziyada senzuranın artması da bununla əlaqədardır, çünki bir çox təbliğatçılar geri çəkilmənin fəsadlarını ya gözardı edir ya da yüngül formada təqdim etməyə çalışır.

Eyni zamanda nizami qoşunların və Putinin Xersonda məğlubiyyəti “vaqnerçilər”in və onların lideri Priqojinin təsirini daha da gücləndirir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər