Sizin Reklam Burada

Dövlət Departamenti ABŞ-ın İran qarşısında Azərbaycanın yanında olmağa davam edəcəyini bildirib

Dövlət Departamenti ABŞ-ın İran qarşısında Azərbaycanın yanında olmağa davam edəcəyini bildiribDövlət Departamenti ABŞ-ın İran qarşısında Azərbaycanın yanında olmağa davam edəcəyini açıqlayıb.

“Report” xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Ned Prays brifinqdə bildirib.

Ned Prays jurnalistin İranın Azərbaycana qarşı artan təhdidedici bəyanatları, həmçinin İranın bu ölkəyə qarşı belə ritorikanı davam etdirəcəyi təqdirdə Vaşinqtonun Bakını müdafiə edə bilib-bilməyəcəyi ilə bağlı sualını cavablandırıb:

“Onun (dövlət katibi Entoni Blinken – red.) azərbaycanlı həmkarını (xarici işlər naziri Ceyhun Bayramov – red.) bu həftənin əvvəlində görmək imkanı olub. İranın bölgə üçün təhlükə olduğunu çox açıq şəkildə bildirdik. Biz tərəfdaşlarımızın yanında olmağa, onları dəstəkləməyə və nəticədə İranın öz regionunda və bəlkə də ondan kənarda göstərdiyi sabitliyi pozan təsirə qarşı durmağa davam edəcəyik”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər