Sizin Reklam Burada

Ruslar gündə 40-50 min artilleriya atəşi açır

Ruslar gündə 40-50 min artilleriya atəşi açırRusiya ordusu hər gün müxtəlif çaplı artilleriyadan 40-50 min mərmi atır.

Avrasiya.net xəbər verir ki, bunu Finlandiyanın “Helsingin Sanomat” nəşrinə müsahibəsində Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak bildirib.

O qeyd edib ki, Ukrayna ordusu Donbasda rusların irəliləyişini ləngidə bilib: "Müharibə dördüncü mərhələyə qədəm qoyub. Rusiya Ukraynaya maksimum texnika və insan gətirib. Onlar artilleriya müharibəsi aparırlar və bunu qışa qədər uzatmaq istəyirlər".

Podolyak bildirib ki, Ukraynanın cənubda əks-hücum əməliyyatı davam edir: "Biz rusların logistika və idarəetmə mövqelərini məhv etməyə çalışırıq. Məqsədimiz onların tədarükünü zəiflətmək və qış başlamazdan əvvəl onları geri çəkilməyə məcbur etməkdir".

O, həmçinin vurğulayıb ki, döyüş meydanında üstünlük əldə etmək üçün Ukraynaya müasir silahlar, xüsusən də hava hücumundan müdafiə sistemləri lazımdır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər