Ukraynada daha bir amerikalı həlak oldu
Dərc olunub:
27-08-2022, 08:02
Ukraynada döyüşlər zamanı daha bir ABŞ vətəndaşı həlak olub.
Avrasiya.net xəbər verir ki, bu barədə "Newsweek" nəşri ABŞ Dövlət Departamentinə istinadən məlumat yayıb.
Şəxsin ölüm şəraiti, adı, harada və nə vaxt öldüyü barədə məlumat verilməyib.
Jurnal xatırladır ki, ABŞ rəsmiləri dəfələrlə bütün amerikalıları Ukraynanı tərk etməyə çağırıblar.