Sizin Reklam Burada

İkitərəfli əməkdaşlıqda yeni səhifə açılır

İkitərəfli əməkdaşlıqda yeni səhifə açılır Samir Baxşiyev
YAP Siyəzən rayon təşkilatının sədri


Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş çoxşaxəli xarici siyasət nəticəsində dövlətimizin dünyaya inteqrasiyası sürətlənmiş, dost və qardaş dövlətlərin siyahısı xeyli genişlənmişdir. Bu uğurlu xarici siyasət hazırda cənab Prezident İlham Əliyev tərəfindən də uğurla aparılmaqdadır. Xarici siyasətimizdə son illərdə Mərkəzi Asiyanın türk dövlətləri ilə qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi xüsusi yer tutmaqdadır.

Azərbaycan ilə Qazaxıstan arasındakı münasibətlərə gəldikdə isə qarşılıqlı əlaqələrimiz qədim tarixə malikdir. Ortaq soykökə malik olan, eyni mədəni və dini dəyərləri bölüşən Azərbaycan və Qazaxıstan əlaqələri istər Sovet İttifaqı tərkibində, istərsə də müstəqillik əldə etdikdən sonra hər iki xalqın liderləri Heydər Əliyev və Nursultan Nazarbayevin münasibətləri və birgə səyləri nəticəsində inkişaf edib. Diplomatik münasibətlərin 30 ilinin tamamında isə həm ikitərli əlaqələrin səviyyəsi, həm də iki ölkənin regional miqyasda rolu və funksionallığı ən yüksək səviyyəyə qədər yüksəlib. Avqust ayının 24-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ölkəmizə rəsmi səfəri xalqlarımız arasındakı dostluq və qardaşlığın təzahürü olmaqla yanaşı, tərəflərin bu əlaqələri və dövlətlərarası münasibətləri daha da inkişaf etdirməkdə maraqlı olduğunu bir daha nümayiş etdirir.

Qeyd etməliyik ki, iki ölkə arasında münasibətlərin əsası 1992-ci ildə qoyulmuş və yaxın dostluq münasibətləri 2004-cü ilin martın 1-də Astana şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə” və 2005-ci ilin mayın 24-də Bakı şəhərində imzalanmış “Strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə” ilə daha daha da möhkəmlənmişdir. Ümumilikdə isə bu günə kimi iki ölkə arasında 119 ikitərəfli sənəd imzalanmışdır. Bu dövr ərzində iki ölkənin siyasi-diplomatik münasibətləri ilə yanaşı iqtisadi əlaqələrində də artım müşahidə olunur. Məlumat üçün qeyd etməliyik ki, ötən il iki ölkə arasında ticarət dövriyyəsi 330 milyon ABŞ dollarından çox olub. 2022-ci ildə isə bu rəqəmin 500 milyon ABŞ dolları səviyyəsinə çatdırılması nəzərdə tutulub.

Bundan əlavə nəqliyyat dəhlizlərinin şaxələndirilməsi və alternativlərin yaradılması bu gün hər iki dövlətin gündəliyində duran əsas məsələlərdən biri kimi önə çıxıb. Yeni çağırışlara adekvat olaraq bu istiqamətdə hər iki dövlət əməkdaşlığı genişləndirməkdədirlər. Xüsusilə Bakı-Tibilisi-Ceyhan neft boru kəməri və Bakı-Tibilisi-Qars dəmir yolu xətti Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərindəki əhəmiyyətini artırmaqdadır. Artıq reallığa çevrilməkdə olan Zəngəzur dəhlizi isə təkcə ölkəmiz üçün deyil ümumilikdə türk dünyası üçün əlaqələrin möhkəmləndirilməsində böyük əhəmiyyət kəsb edir və Türk coğrafiyasının birləşməsi baxımından tarixi hadisə olacaqdır.

Qeyd etməliyik ki, hazırda iki dövlət arasında əməkdaşlığın şaxələndirilməsi üçün siyasi iradə və bir-birindən cəlbedici imkanlar mövcuddur. Məhz Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ölkəmizə rəsmi səfəri zamanı aparılan müzakirələr və imzalanan sənədlər iki ölkənin əməkdaşlığının yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. İnanırıq ki, iki ölkə arasındakı mövcud olan çoxəsrlik tarixə malik əlaqələrin yeni mərhələyə qədəm qoyması nəticəsində Azərbaycanla Qazaxıstan xalqları arasındakı hərtərəfli əlaqələr daha da möhkəmlənəcəkdir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər