Sizin Reklam Burada

"Arqumentinizə erməni donuzu kəssinlər..."

"Arqumentinizə erməni donuzu kəssinlər..."Hər il paytaxt Tehran da daxil olmaqla İranın bir sıra şəhərlərində erməni məktəblərinin ənənəvi sərgisi keçirilib.

Sərgidə erməni dilində, müxtəlif dövrləri əhatə edən dərsliklər nümayiş etdirilir. Bundan başqa, Tehrandakı erməni məktəblərində istifadə olunan əşyalar, çap maşınları, məktəbli geyimləri də ziyarətçilərin diqqətinə təqdim olunur.

Rəsmi məlumatlara görə, hazırda İranda 60-80 min arası erməni yaşayır. Buna baxmayaraq, təkcə Tehran şəhərində ermənilərin təsis etdiyi 53 məktəb fəaliyyət göstərir. Onlardan 20-də yalnız ermənilər və əsasən öz dillərində təhsil alırlar. Bundan başqa, paytaxt Tehranda ermənilər üçün nəzərdə tutulan çoxsaylı uşaq baxçaları da fəaliyyət göstərir...

Şübhəsiz ki, mənim, o cümlədən sizin əksəriyyətiniz üçün Tehranda fəaliyyət göstərən erməni məktəbləri və İran ermənilərinin həyat tərzi heç bir əhəmiyyət kəsb eləmir. Amma nəzərinizə çatdırım ki, burnunu bütün ölkələrin daxili işinə soxub, həmin ölkələrdə yaşayan etnik qruplarla bağlı ağlasığmaz nağıllar uyduran, özünü az qala kiçik xalqların hamisi kimi təqdim edən İran rejimi öz sərhədləri daxilində yalnız və yalnız 60-80 minlik etnik erməninin milli-mədəni hüquqlarını tanıyır.
Qeyd edim ki, İran Dövlət Mədəniyyət Şurasının 2010-cu ildə keçiridiyi sorğuya görə, ölkə əhaləsinin 47,55%-i özünü fars, 31,13%-i türk (22,45% Azərbaycan türkləri, 8,68% digər türk əsillilər), 7,78% -i kürd, 7,25%-i lor, 2,51%-i bəluc, 2,40%-i isə ərəb dilli hesab edir.

Xatırladım ki, bu İran Dövlət Mədəniyyət Şurasının keçirdiyi son sorğudir və sorğu da, çox güman ki, məqsədyönlü şəkildə milli mənsubiyyət yox, ana dili amili üzərindən gerçəkləşdirilib. Çünki İranda yaşayan əhalinin əhəmiyyətli hissəsi gündəlik həyatda öz ana dillərindən istifadə etmir, fars dilində təhsil alır və bu dildə danışırlar. Bu baxımdan, gerçək rəqəmlərlə Mədəniyyət Şurasının BMT-yə təqdim etdiyi göstəricilər arasındakı fərqin kifayət qədər böyük olduğunun, zənnimcə əlavə sübuta ehtiyacı yoxdur. Müxtəlif hesabatlarda İran İslam Respublıkası adlanan ölkədə, öz tarixi torpaqlarında 35-40 milyon civarında türkün yaşadığı bildirilir. Amma yenə də İran Dövlət Mədəniyyət Şurasının BMT-yə təqdim etdiyi statistik göstəricilərindən çıxış edərək, bu ölkənin öz gözündə tiri görməyib, başqalarının gözündə tük axtaran başbilənlərinə, həmçinin sosial şəbəkələrdəki başyaran və saçyolanlarına sadə bir sual ünvanlamaq istəyirəm:
Necə olur ki, İran əhaləsinin, rəsmi statistikaya görə, 31,13, - 7,78, - 7,25, - 2,51 və 2,40%-ni təşkil edən xalq və etnik qrupların öz ana dillərində məktəbləri yoxdur, amma sayı 0,001%-dən də az olan ermənilərin hər şeyi var – erməni dilində uşaq baxçaları və məktəbləri, mədəniyyət mərkəzləri və s.

Əlahəzrət FAKT konkret göstərici və müqayisəli, əsaslandırılmış arqument tələb edir. Bu da havaya üfürdüyünüz ideoloji nağıllar deyil ki, Həzrət Abbasa and içib canını qurtarasan. Yaxud hansısa ehkamın arxasında gizlənib həqiqəti dilə gətirənləri susdurasan...

Əziz həmvətənlər, bilirsiniz bunların ermənilərdən başqa digər xalqlara öz ana dillərində təhsil almaq hüququ verməməklərinin qarşılığında dilə gətirməyə utanmadıqları arqument nədir? Deyirlər ki, bəs türklər, ərəblər və digərləri müsəlmandırlar, ermənilər isə yox... Arqumentinizə erməni donuzu kəssinlər...

Müsəlmandırlar, o zaman qoy ərəb dilində təhsil alsınlar. Yaxud, əgər sən özünü “İslam Respublikası” elan etmisənsə, o zaman ilk növbədə öz ümmətinin hüquqlarını tanı! Əks təqdirdə belə təsəvvür yaranır ki, İran İslam Respublikası farsların və ermənilərin dövlətidir. Bunu mən demirəm, İranın mövcud rejiminin təkcə dil üzərindən yürütdüyü siyasət belə düşünməyə əsas verir...

Elçin Mirzəbəyli

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər