Laçından çıxan 20 erməni ailəsi Zəngəzura köçürülüb

Laçından çıxan 20 erməni ailəsi Zəngəzura köçürülübAzərbaycanın Laçın şəhərindən və Laçın rayonunun Zabux kəndindən çıxarılan 20 erməni ailəsi Zəngəzur bölgəsinə yerləşdirilib.

Bu barədə Zəngəzur qubernatorun müavini Nare Qazaryan bildirib.

Onun sözlərinə görə, köçürülən ermənilərin bəziləri mənzillə təmin olunub, digərləri isə harada qalacaqlarına hələ qərar verməyiblər. Onlar Gorus və Qarakilsə arasında seçim etməli olacaqlar.

Qeyd edək ki, bu gün Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan, ermənilərin qanunsuz məskunlaşdığı Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycana təhvil veriləcək. Azərbaycan tərəfi ermənilərə həmin yaşayış məntəqələrini tərk etmələri üçün avqustun 25-nə kimi vaxt vermişdi.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər