Sizin Reklam Burada

Duqinanı öldürən şəxsin kimliyi məlum oldu

Duqinanı öldürən şəxsin kimliyi məlum olduÖtən gün Rusiyada öldürülən jurnalist Daria Duqinanın qatilinin kimliyi açıqlanıb.

Avrasiya.net xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) məlumat yayıb.

Rəsmi məlumatda bildirilib ki, cinayəti Ukrayna vətəndaşı törədib:

"Qətl Ukrayna xüsusi xidmət orqanları tərəfindən hazırlanıb. Hadisəni törədən şəxs Ukrayna vətəndaşı, 1979-cu il təvəllüdlü Vovk Natalya Pavlovna olub. Qətl günü Duqinanın iştirak etdiyi tədbirdə olublar. Daha sonra onu izləyiblər. Hadisədən sonra şübhəli şəxs qızı ilə birlikdə Estoniyaya keçib”.

Qeyd edək ki, Rusiyanın tanınmış ictimai-siyasi xadimi, politoloq Aleksandr Duqinin qızı Darya Duqina həlak olub. Hadisə ötən gün Moskva vilayətində “Toyota Land Cruiser Prado” markalı avtomobilin partlaması nəticəsində baş verib. Avtomobilə quraşdırılan bombanın işə düşməsi 30 yaşlı Duqinanın həyatına son qoyub. Onun meyiti tamamilə yanaraq, tanınmaz hala düşüb. Rusiya rəsmiləri hadisənin Ukrayna tərəfindən təşkil olunduğunu bəyan etsə də, Kiyev bu iddiaları yalanlayıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər