Rusiya 130 ukraynalı hərbçini öldürüb
Dərc olunub:
20-08-2022, 11:41
Xarkovun şimalında - Ukrayna Silahlı Qüvvələrinin 127-ci briqadasının cəmləşdiyi ərazidə yüksək dəqiqlikli silahların zərbəsi nəticəsində 130-a qədər hərbçi məhv edilib.
Avrasiya.net xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-leytenant İqor Konaşenkov bildirib.
“Silahlı Qüvvələrin ərazi müdafiəsi 127-ci briqadasının 27-ci taborunun şəxsi heyəti və hərbi texnikasının cəmləşdiyi əraziyə yerüstü yüksək dəqiqlikli silahdan endirilən zərbə ilə 130-a qədər yaraqlı və 8 ədəd xüsusi texnika məhv edilib"- o, brifinqdə deyib.