star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Rus senator müharibəyə qarşı çıxan qızından imtina etdi

Rus senator müharibəyə qarşı çıxan qızından imtina etdiRusiyanın Xantı-Mansiysk Muxtar Dairəsi - Yuqradan olan Federasiya Şurasının üzvü Eduard İsakov Ukraynadakı müharibəyə qarşı çıxan qızından imtina edib.

Avrasiya.net Oxu.az-a istinadən xəbər verir ki, senator Teleqram kanalında qızına həsr olunmuş yazı dərc edib.

Parlamentari bildirib ki, qızı Diana xarici agent kimi tanınan mediaya müsahibə verib, orada müharibəni qınayıb və buna görə pul mükafatı alıb.

İsakov belə nəticəyə gəlib ki, qızı atasını, ailəsini, vətənini satıb.

Qızının bu hərəkətindən qəzəblənən senator 22 ildir ki, onun tərbiyəsində iştirak etmədiyini etiraf edib. O, atasız qalan qızının intihara cəhd etdiyini və Yuqorsk şəhərində psixo-nevroloji dispanserdə qeydiyyatda olduğunu, eləcə də LGBT təcrübəsini xatırladıb.

Senator əlavə edib ki, o, qızının müharibəyə münasibətini dəyişməyə çalışsa da, buuna nail ola bilməyib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər