Qışda Ukraynaya dəstək zəifləyəcək
Dərc olunub:
17-08-2022, 08:31
Sadə avropalıları yaşayış dəyərinin artması problemləri ukraynalılara dəstəkdən daha çox narahat etməyə başlayıb.
Bu barədə “Blumberq” yazır.
Nəşr bildirir ki, soyuq havalar Qərbin Kiyevə dəstək əzmini və birliyini zəiflədəcək:
"Vəziyyət yaxşılaşmayacaq, çünki avropalı istehlakçıları sərt qış gözləyir. Məsələn, Böyük Britaniya artıq elektrik enerjisinin sistemli şəkildə söndürməyə hazırlaşır".