Sizin Reklam Burada

Ukraynada itkin düşən azərbaycanlı polis tapıldı

Ukraynada itkin düşən azərbaycanlı polis tapıldıUkrayna polisinin əslən azərbaycanlı əməkdaşı, bir neçə ay əvvəl itkin düşən Ruslan Musayev və ailəsi bugünlərdə tapılıb.

Avrasiya.net xəbər verir ki, bu barədə Report-a R.Musayevin qohumu məlumat verib.

R.Musayev bir neçə gün əvvəl doğmaları ilə əlaqə saxlayaraq ailəsinin sağ-salamat olduğunu bildirib. Ukraynanın hüquq-mühafizə orqanlarının azərbaycanlı əməkdaşı hər şeyin qaydasında olduğunu qeyd edib.

Ruslan Musayev bununla belə hərbi zərurət baxımından harda olduğunu açıqlamayıb.

Qeyd edək ki, Ukraynanın Mariupol şəhərində yaşayan azərbaycanlı ailəsi ilə birlikdə martda itkin düşmüşdü və qohumları bir neçə ay idi onlarla əlaqə saxlaya bilmirdi.

Yaxınları Ruslan Musayevlə sonuncu dəfə martın 1-də əlaqə saxlamışdılar. Həmin gündən sonra o, həyat yoldaşı Alyona Musayeva və azyaşlı oğlu Dəmir Musayev barədə məlumat yox idi.

Xatırladaq ki, R.Musayevn Mariupol şəhərinin Polis İdarəsinin zabitidir. O, polisdəki nümunəvi xidmətləri ilə dəfələrlə fərqlənib və mükafatlar alıb.

R.Musayevin atası da Ukrayna polisində çalışıb və hazırda təqaüddədir. Ruslanın atası Xudat Musayev Berdyansk şəhərindədir. Eyni zamanda onun bacısı Kristina da hazırda polisdə çalışır. Martın əvvəllərində Kristina ilə də əlaqə itsə də, həmin ayın sonlarında onunla əlaqə saxlamaq mümkün olub.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər