Sizin Reklam Burada

"İran unutmamalıdır ki, orada 40 milyondan artıq soydaşımız var"

"İran unutmamalıdır ki,  orada 40 milyondan artıq soydaşımız var"Son günlər İranın Qafanda konsulluq açması ilə bağlı informasiyalar yayılıb. Əslində hər bir dövlətin digər ölkənin ərazisində diplomatik nümayəndəlik, konsulluq xidməti açması onun hüququdur. Amma məsələnin digər bir tərəfi ondan ibarətdir ki, region üçün kifayət qədər strateji mahiyyət kəsb edən Zəngəzur dəhlizinin aktuallıq kəsb etdiyi məqamda İranın belə addım atması xeyli suallar doğurur.
Bunu "Xalq Cəbhəsi"nə ekspert Əkrəm Bəydəmirli deyib.

Ekspert əlavə edib: "Ümid edək ki, İran rəsmiləri Azərbaycanın əleyhinə hər hansı addım atmayacaq. 30 il davam edən insanlığa və islami dəyərlərə zərbə vuran erməni işğalının, terrorizmin ağır nəticələrini unutmayacaq.

Digər tərəfdən tarixə və bu günə nəzər salsaq görərik ki, bütün xarici təzyiqlərə, təsirlərə baxmayaraq, Azərbaycandan İrana qarşı heç zaman zərrə qədər də olsa xoşagəlməyən addımlar atılmayıb. Hadisələri düzgün təhlil edən, ağlı başında olan İran rəsmiləri də bunu görub fərqində olmalıdır.
Bir vacib məqam da unudulmamalıdır ki, İranda kimin iqtidar olmasından asılı olmayaraq, orada bizim 40 milyondan artıq soydaşımız yaşayır. Onların böyük əksəriyyətinin ürəyi Azərbaycanla döyünür".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər