Daha 6 gəminin Ukrayna taxılının ixracına icazə verildi
Dərc olunub:
15-08-2022, 11:35
Daha 6 gəmi Ukrayna taxılının ixracına icazə alıb.
Bu barədə BMT-nin Qara Dəniz Taxıl Təşəbbüsü üzrə Birgə Əlaqələndirmə Mərkəzindən məlumat verilib.
“Artıq Mərmərə dənizində iki gəmi yoxlanılıb və yüklənmə üçün Çernomorsk limanına gedə bilər. Bu gün daha 4 gəmiyə baxış planlaşdırılır. Müvəffəqiyyətli yoxlama olarsa, bu gəmilər də Çernomorsk limanına gedəcək”, -məlumatda bildirlib.