Putinlə danışıq mənasızdır, Rusiyanı məhv etməliyik!

Putinlə danışıq mənasızdır, Rusiyanı məhv etməliyik!Rusiya ilə danışıqlar aparmağın mənası yoxdur. Onlar döyüş meydanında məğlub olmalıdır.

Axar.az xəbər verir ki, bunu Litva Prezidenti Gitanas Nauseda deyib.

“Putin bir neçə günə Kiyevi ələ keçirəcəyini gözləyirdi. Düşünürdü ki, bu müharibə Rusiyaya böyük siyasi və iqtisadi itkilər verməyəcək. Biz gördük ki, bu, heç də belə olmadı. Münaqişə döyüş meydanında həll olunacaq. Mən bu məsələdə başqa alternativ görmürəm. Həmçinin biz bu müharibədə Ukraynanın qələbəsi üçün bütün gücümüzü sərf etməliyik. Çünki belə olmasa, Ukrayna, Litva və bütün demokratik dünya üçün gələcək çox qaranlıq ola bilər”, - prezident bildirib.

Nauseda vurğulayıb ki, əgər Putin Ukraynada uğur qazansa, bizim qapımızı da döyəcək:

"Qeyd etmək çox vacibdir ki, Vladimir Putinin iştahının hədd-hüdudu yoxdur. Bilmirəm, onların növbəti hədəfi kim olacaq - Baltikyanı ölkələr, ola bilər Polşa, bəlkə də Rumıniya. Amma bu ən vacib sual deyil. Vacib məsələ NATO və Avropa Birliyi formatında Putini dayandıracaq nə isə etməkdir”.