Sizin Reklam Burada

"Erenköy müqaviməti Kıbrıs Türk xalqının varlıq mübarizəsi üçün ilham qaynağıdır"

"Erenköy müqaviməti Kıbrıs Türk xalqının varlıq mübarizəsi üçün ilham qaynağıdır"Kıbrıs Türk xalqının var olmaq mübarizəsində mühüm yeri olan Erenköy Müqaviməti və müqavimət hərəkatı zamanı şəhid olanlar dünən Erenköydə təşkil edilən mərasimlə anılıb.

Avrasiya.net xəbər verir ki, Şanlı Erenköy Müqavimətinin 58-ci ildönümü və Erenköy Şəhidlər Günü münasibətilə Erenköy Şəhidliyində mərasim təşkil edilib.

Tədbirdə Quzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) prezidenti Ersin Tatar, Yenierenköy Bələdiyyə sədrinin müavini Küfi Tulqa və Erenköy Mücahidlər Dərnəyinin sədri Mustafa Arıkan çıxış ediblər.

Ersin Tatar Erenköy müqavimətinin Kıbrıs Türk xalqının varlıq mübarizəsi üçün ilham qaynağı olduğunu bildirib.

"Bu gün, 58 il əvvəl burada, Erenköydə yazılmış dastanın ildönümündə o nəcib mübarizəni həm qeyd edirik, həm də xatırlayırıq", - deyə o bildirib.

Ersin Tatar Erenköy Müqavimətinin Türk tarixində Çanaqqala dastanı qədər yeri olduğunu, Erenköy Müqavimətində göstərdikləri qəhrəmanlıq və şücaətlə Erenköy şəhidlərinin Kıbrıs Türk xalqının şanlı mübarizəsində yer aldığını bildirib. KKTC prezidenti Erenköy Müqavimətinin Kipr Türk xalqının varlıq mübarizəsi üçün ilham mənbəyi olduğunu bildirib.

Anım mərasimi şəhidlik ziyarəti, şəhidlərin məzarları üzərinə gül dəstələrinin qoyulması, məzar başında duaların oxunması ilə başa çatıb.

Mərasimdən sonra protokolun iştirakı ilə Mustafa Kamal Atatürkün büstünün açılışı olub və foto sərgisi ziyarət edilib.

Erenköy Müqavimətində baş verənlər və o zaman Türkiyənin dəstəyi ilə bağlı iki ssenari sərgilənib və muzey ziyarət edilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər