Rusiyada məhbuslar həbsxana işçilərinə hücum etdi: ölən var
Dərc olunub:
6-08-2022, 17:52
Rusiyanın Kalmıkiya regionunda məhbuslar həbsxana əməkdaşlarına hücum edib.
Axar.az xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsi məlumat yayıb.
Bildirilib ki, əldəqayırma silahla gerçəkləşdirilən hücumda həbsxananın 1 əməkdaşı ölüb, 7 nəfər yaralanıb.
Məlumata görə, hücumu 2 məhkum həyata keçirib.