Sizin Reklam Burada

Putin Ərdoğandan buna yardım istəyir

Putin Ərdoğandan buna yardım istəyirRusiya hakimiyyəti bank, enerji və sənaye sektorlarında sanksiyaların qarşısını almaq üçün Türkiyəyə müraciət edib.

Bu barədə “Vaşinqton Post” Ukrayna kəşfiyyatının dinləmələrinə istinadən yazıb.

Məlumata əsasən, Rusiya Türkiyənin neft emalı zavodları, neft terminalları və su anbarlarında pay almaq üçün icazə istəyir. Çünki Avropa Birliyinin Rusiyaya tətbiq etdiyi sanksiyalar gələn il tam qüvvəyə minəcək. Bu zaman isə neft satışı zamanı onun mənbəyini gizlətmək lazım gələcək.

Həmçinin, Rusiya bir neçə türk bankının Rusiya maliyyə qurumları üçün hesab açmasını və sənaye istehsalçılarının Türkiyənin azad iqtisadi zonalarında fəaliyyət göstərməsinə icazə verməsini də istəyir.

Türkiyənin bu razılaşmalarla bağlı mövqeyinə gəldikdə, nəşr yazır ki, ölkənin Rusiyanı dəstəkləyəcəyinə hələ ki, heç bir əlamət görmür. Ona görə ki, bu, ölkənin öz bank və şirkətlərini ikinci dərəcəli sanksiyalara məruz qoya bilər. Beləliklə onların Qərb bazarlarına çıxışı tam əngəllənər.

Qeyd edək ki, Türkiyə və Rusiya liderlərinin bu gün Soçidə görüşü baş tutub.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər