Ermənilər təşvişdə: əhali Tavuşdan qaçır
Dərc olunub:
4-08-2022, 16:17
Azərbaycan Ordusu Qarabağda separatçı-terrorçulara qarşı “Qisas” əməliyyatı keçirdikdən sonra Ermənistanın Tavuş vilayətindəki əhali təşvişə düşüb.
Avrasiya.net Publika.az-a istinadən xəbər verir ki, Tavuşun Berd rayonunda və sərhəddə yerləşən digər ərazilərdəki erməni əhali köçmək barədə düşünürlər.
“Əhali bütün ssenarilərə hazırlaşır, dünən gecədən başlayaraq yanacaqdoldurma məntəqələrində növbələr yaranıb”, - “Hraparak” nəşri yazır.
Erməni əhali Azərbaycan ordusunun Qazaxın 7 kəndinin azad edilməsi istiqamətində hərəkətə keçməsindən qorxurlar.