Sizin Reklam Burada

50 erməni əsgərin meyiti ortada qalıb

50 erməni əsgərin meyiti ortada qalıbErmənistan Azərbaycanın döyüş gedən ərazilərində ölən əsgərlərinin meyitlərinin bəzilərinin hələ də kimə aid olduğunu müəyyən edə bilməyib.

Bu barədə Ermənistan hökumətinin yaydığı məlumatdan aydın olur.

Belə ki, Ermənistan Səhiyyə Nazirliyinə “ehtiyat fonddan” 31,1 milyon dram ayrılması nəzərdə tutulur. Həmin vəsait tapılan əsgər meyitlərinin qalıqlarının DNT analizlərinə sərf ediləcək.

Ermənistanda əsgər meyitlərinin qalıqlarının tanınması üçün DNT analizləri aparılması işinə USAİD ciddi dəstək verib. Hətta 100-dən çox meyit qalığının xarici ölkələrdə analizlərinin aparılmasının maliyyəsini də USAİD qarşılayıb.

Bildirilib ki, daha 50 meyit qalığının kimə məxsus olduğunu tapmaq mümkün olmadığından, onların Niderlanda göndərilməsinə qərar verilib. Hökumət isə bunun maliyyələşməsi üçün yalnız indi pul ayırıb.

Qeyd edək ki, bundan ötrü cəmi 75 min dollar pul lazımdır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər