Sizin Reklam Burada

"Azərbaycandan bir qrup media təmsilçisini Trabzona dəvət edəcəyik"

"Azərbaycandan bir qrup media təmsilçisini Trabzona dəvət edəcəyik"Bunu Trabzon valisi İsmail Ustaoğlu Avrasiya.net saytının Qara dəniz bölgəsi üzrə nümayəndəsi Elnur Bağırovla görüşündə deyib.

Trabzonla Bakı arasındakı əlaqələrdən razılığını bildirən vali bunun bütün sahələrdə genişləndirilməsinin zəruriliyini deyib: "Cəmiyyətlərin üzərinə bu sahədə çox iş düşür, gərək daim əməktaşlıq edilsin və bununla bağlı forum keçirmək daha məqsədə uyğun olar".

Vali Trabzonun yaxından Azərbaycan ictimaiyyətinə tanıdılmasının vacibliyini də qeyd edib: "Azərbaycandan bir qrup media təmsilçisini Trabzona dəvət etməyi düşünürük və planlarımızda var, yaxın zamanda bunu icra edəcəyik".

İ.Ustaoğlu Trabzon universitetlərində təhsil alan azərbaycanlı tələbələrin sosial problemlərinə də toxunub. Bildirib ki, onların bütün problemləri həll olunur və daim tələbələrə qayğı, diqqət göstərilir.
Vali azərbaycanlı iş adamlarının Trabzona gəlməsini istəyini də deyib: "Çünki Trabzon turizim sahəsində çox yaxşı addımlar atır və buradakı bu gəlir yerindən azərbaycanlı qardaşlarımızın da faydalanmağını istəyərik" .

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər