Lefkosa Kıbrısın rum icması ilə dialoqa hazır olduğunu bəyan edib

Lefkosa Kıbrısın rum icması ilə dialoqa hazır olduğunu bəyan edibQuzey Kıbrıs Türk Cümhuriyyəti (KKTC) hökuməti prezident Ersin Tatarın adanın yunan icması ilə əməkdaşlıq təşəbbüsünü tam dəstəklədiyini bildirir.

Müvafiq təklifin BMT kanalları vasitəsilə Kıbrısın rum icmasının administrasiyasına təqdim edilməsi planlaşdırılır.

“KKTC hökuməti Prezident Ersin Tatarın BMT baş katibinin siyasi məsələlər üzrə köməkçisi Miroslav Yença ilə görüşdə elan etdiyi əməkdaşlıq təklifini dəstəklədiyini bildirir. Dialoq təklifi BMT-nin baş katibi Antonio Quterreşin köməyi ilə Kipr Rum lideri Nikos Anastasiadisə təqdim olunacaq”, - Baş nazir Ünal Üstel bildirib.

Baş nazir bu təşəbbüsün adanın və regionun sülh, sabitlik və rifahına töhfə verəcəyinə əminliyini ifadə edib.

“Türkiyə Cümhuriyyətinin də güclü şəkildə dəstəklədiyi bu addım KKTC-nin rum həmkarları ilə bərabərlik prinsipləri əsasında birgə işləmək istəyini nümayiş etdirir. Biz bütün maraqlı tərəflərdən, əsasən də rum kəsimindən müsbət yanaşma gözləyirik”, - baş nazir bildirib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər