Sizin Reklam Burada

"Hamı mövcud hakimiyyətin getməsini istəyir"

"Hamı mövcud hakimiyyətin getməsini istəyir"Avropa İttifaqı, Gürcüstana sözügedən ittifaqa üzv olmaq üçün, daxilində demokratik islahatlar aparmağa görə altı ay vaxt verdikdən sonra, Tbilisidə mitinqlər başladı. Ötən gün baş verən mitinq artıq üçüncü mitinq idi. Müxalifətin tələbi, baş nazir və hökumətin istefası və milli konsensus hökumətinin qurulmasıdır.

Bunu "Xalq Cəbhəsi"nə açıqlamasında Ümumi Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri Mirtağı Əsədov bildirib.

O, qeyd edib ki, belə bir iddia da səslənir ki, ölkəmiz Rusiyaya meylləndiyi üçün, Avropa İttifaqı bizi cəzalandırdı: "Buna görə də mitinqlər vüsət alıb. getdikcə də genişlənə bilər. Ona görə ki, mitinqin təşkilatçıları tələblərini yerinə yetirmək üçün, hökumətə bir həftə vaxt veriblər. Bu da həyata keçmədiyindən, üçüncü mitinq baş tutdu. İştirakçılar tərəfindən Nazirlər Kabineti qarşısına, hakim "Gürcü Arzusu" Partiyasının Qərargahı önünə getmək cəhdi olub. Gedişatın hansı nəticələrlə sonlanacağını proqnozlaşdırmaq çətindir. Ancaq onu deyə bilərəm ki, xalq bu hakimiyyətdən bezib, yorulub. Həm iqtisadi, həm siyasi, həm də məhkəmə-hüquq sistemindəki sarsıntı, çöküş və özbaşınalıq, habelə insan haqlarının, milli və dini azlıqların hüquqlarının müxtəlif formalarda amansızcasına tapdalanması və seçkilərdəki saxtalaşdırmalar xalqın çoxdan etirazına səbəb olmuşdu. Lakin bu günədək onların səsinə səs verən yox idi".

M.Əsədovun fikrincə, Avropa İttifaqı son addımı ilə Gürcüstan xalqına sanki bu hayqırtınızı eşitdik mesajı verdi. Xalq isə Avropa İttifaqına, öz aksiyaları ilə mesajınızı duyub alqışladıq dedilər: "Əgər ölkədə bütün sahələrdə normal atmosfer olsaydı, Avropa İttifaqının Gürcüstana altı ay vaxt verməsinə nə lüzum var idi? Ümumi olaraq, ölkədəki ab-havadan bunu anlamaq olur ki, hamı mövcud hakimiyyətin getməsini istəyir. Azərbaycanlıların da bu proseslərdə aktiv iştirakı təqdirəlayiqdir. Onlar da Gürcüstanın demokratikləşməsini, insan hüquqları və azadlıqlarının qorunmasını istəyirlər. Ölkənin çiçəklənmə və inkişafı üçün atılan addımları dəstəkləyirik. Ölkədə bir çox sahələrdə problemlərin nəzərəçarpan miqdarda artmasının səbəbkarı məhz, səriştəsiz həm də öz ölkəsinə və vətəndaşlarına yad olan hazırkı hakimiyyətdir. Ölkədə hakimiyyət düzgün siyasət yürütsəydi, heç kəs Avropa İttifaqının və Gürcüstan xalqının bunlara qarşı qulaqburmasının şahidi olmayacaqdı. Düşünürəm ki, ölkə və millətin uğurlu gələcəyi, inkişafı və maraqları naminə, şüurlu addıma ehtiyac var. Bu gün bu ölkənin müqəddəratı, əllərində olan hər kəs biçməzdən öncə yüz ölçməlidir. Əks halda bu gəmi batarsa, böyüklü, kiçikli hamını qərq edəcək. Bu məqamda burada gözləninlən əsas addım ondan ibarətdir ki, hakimiyyət beynəlxalq və daxili etirazçıları dinləyib, növbədənkənar seçimə getməlidir. Sivil yol ilə hakimiyyəti təhvil verilməlidir. Bununla da xalqı və ölkəni qorumalı, öz qəsbkar hökumətini də sonlandırmalıdır".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər