İranın rəsmi mediasından Azərbaycana qarşı TƏXRİBAT

İranın rəsmi mediasından Azərbaycana qarşı TƏXRİBATİranın ali dini rəhbəri Əli Xameneyinin ofisinin mətbuat orqanı sayılan “Keyhan” qəzeti Azərbaycanla bağlı təxribat xarakterli məqalə dərc edib.

Modern.az xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.

Məqalədə Ukrayna müharibəsi, Şərqi Avropa və dünyada baş verən sürətli proseslər fonunda "Azərbaycan hökumətinin müsəlmanlara qarşı amansız davrandığı, şiələrə qarşı zorakılıq hallarını artırdığı" iddia edilib.

Məqalədə Taleh Bağırzadənin adının qarşısına dini rütbə sayılan “höccətülislam” əlavə edilib və onun “sionistləri və vəhhabiləri ifşa etdiyi üçün” həbs edildiyi iddia olunub.

“Bu gün Azərbaycanda müsəlmanların - şiələrin başına gətirilənlər keçmiş Sovet İttifaqı dövründə dindarlara münasibətdən daha pisdir. Ona görə də Stalinin vaxtındakı qorxu dövrü ilə müqayisə olunacaq bir vəziyyət yaranıb”, - deyə Xameneyinin ofisinin qəzeti yazıb.

Bundan əlavə, məqalədə Azərbaycanda başqa dinlərə və məzhəblərə, o cümlədən yəhudi, xristian, bəhai, krişnaid və s. qarşı müsbət yanaşma, islam dininə qarşı isə düşmənçilik olduğu iddia edilib, bundan başqa, yəhudi dini məbədlərinin fəaliyyəti xüsusi həssaslıqla qeyd olunub.

Bütünlüklə Azərbaycanda dünyəvi dövlət quruluşunu hədəf alan məqalənin sonunda rəsmi Bakı "İslam düşməni" kimi qələmə verilib, bütün iddia olunanların isə ABŞ və İsrailin göstərişi ilə həyata keçirildiyi bildirilib.

Məqalədə, həmçinin Azərbaycanda İsrail qüvvələrinin, vəhhabi yaraqlılarının və Türkiyənin Milli Kəşfiyyat Təşkilatının olması barədə İran rəsmilərinin iddiaları da yer alıb.

Qeyd edək ki, “Keyhan” qəzetinin baş redaktoru, radikal mövqeyi ilə tanınan Hüseyn Şəriətmədari birbaşa Seyid Əi Xameneyinin tapşırığı ilə təxribat xarakterli yazılar dərc edir. Nəşrdə dərc olunan yazılar İranın ali dini rəhbəri Əli Xameneyinin başçılıq etdiyi mühafizəkar qanadın, SEPAH-ın (İslam İnqilabı Keşikçiləri Korpusu) və ETTELAAT-ın (İnformasiya Nazirliyi) mövqeyini əks etdirir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər