Gürcüstan Avropa İttifaqının 12 şərtini yerinə yetirəcək

Gürcüstan Avropa İttifaqının 12 şərtini yerinə yetirəcəkGürcüstan Avropa İttifaqına üzvlüyə namizəd statusu almaq üçün oliqarxlarla mübarizə və siyasi qütbləşmənin aradan qaldırılması daxil olmaqla 12 şərti yerinə yetirəcək.

Avrasiya.net xəbər verir ki, bu barədə Gürcüstanın hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasının sədri İrakli Kobaxidze bildirib.

Onun sözlərinə görə, bunlardan biri deoliqarxizasiya haqqında yeni qanunun qəbul olunmasıdır. Qanun layihəsinin hazırlanması üçün parlamentin Hüquq məsələləri üzrə komitənin nəzdində işçi qrupu yaradılacaq.

Qeyd edilib ki, qanun layihəsi oktyabrın 5-dən gec olmayaraq parlamentə təqdim ediləcək, noyabrın 29-dək qəbul olunacaq.

Bundan əlavə, partiya sədri Avropa İttifaqının digər şərtləri üzrə də işçi qrupların yaradılacağını və bütün istiqamətlərdə fəal iş aparılacağını diqqətə çatdırıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər