Ruslar Xersonu saxlaya bilmir, partizan hərəkatı başlayır
Dərc olunub:
2-07-2022, 10:03
Amerika rəsmiləri hesab edir ki, Rusiyanın Xerson vilayətini tam nəzarətə götürməsi üçün kifayət qədər qüvvəsi yoxdur.
Bu barədə CNN məlumat yayıb.
“Son vaxtlar Rusiya hərbçilərinə sui-qəsdlər diqqət çəkir. ABŞ kəşfiyyatı bunun Ukraynanın cənubunda partizan hərəkatının artmasına işarə olduğunu bildirir.
Rus qoşunlarının bir hissəsinin Xersondan Donbas istiqamətinə yönləndirilməsi partizanların hücum etməsi üçün fürsət, Ukrayna qüvvələrinin əks-hücumuna vaxt yaradıb”, - deyə bildirilib.