Rusiya Odessadakı yaşayış binalarını vurdu: 17 ölü, 30 yaralı
Dərc olunub:
1-07-2022, 09:54
Rusiya ordusu Ukraynanın Odessa əyalətinin Belqorod-Dnestrovsk rayonunun şəhər tipli qəsəbəsini raketlə atəşə tutub.
Bu barədə Ukraynanın Fövqəladə Hallar Xidməti məlumat yayıb.
Raketlərdən biri doqquzmərtəbəli binaya düşüb.
Nəticədə 17 nəfər ölüb, 30 nəfər isə yaralanıb. Həyatını itirənlərdən 1-i azyaşlıdır.
Fövqəladə Hallar Xidmətinin bölmələri dağıntılar altından 3-ü uşaq olmaqla, 7 nəfəri xilas edib.
Ukrayna tərəfinin məlumatına görə, zərbələr Tu-22 strateji təyyarəsindən X-22 raketləri ilə endirilib.