Putinin mühafizəçisi başından vurulmuş vəziyyətdə tapılıb

Putinin mühafizəçisi başından vurulmuş vəziyyətdə tapılıbRusiya Prezidenti Vladimir Putinin mühafizəçisi, Federal Təhlükəsizlik Xidmətinin polkovniki Vadim Zimin başından güllə yarası alaraq xəstəxanaya yerləşdirilib.

"Report" bu barədə Rusiya mətbuatına istinadən xəbər verir. Hazırda o, ağır vəziyyətdə reanimasiyadadır.

Məlumata görə, Zimin iyunun 20-də Moskva vilayətinin Krasnoqorsk şəhərindəki mənzilində tapılıb. Onun yanında "İzh 79-9TM" markalı travmatik tapança da olub.

Bildirilir ki, Zimin Kremldə təkcə Vladimir Putinin deyil, Boris Yeltsinin dövründə də işləyib.

Rusiya mətbuatı xəbər verir ki, Zimin gömrük xidmətində işə başlayandan sonra rüşvət ittihamı ilə açılan cinayət işinin istintaqı çərçivəsində ev dustaqlığında olub. Onu həbs cəzası gözləyir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər