Ermənistanda silahlı atışma: 2 ölü, 5 yaralı
Dərc olunub:
20-06-2022, 00:33
Ermənistanın Araqatsotn vilayətində silahlı atışma baş verib.
Axar.az shamshyan.com-a istinadən xəbər verir ki, xəstəxanaya güllə yarası almış 7 nəfər yerləşdirilib ki, onlardan biri sonradan ölüb.
Polis və istintaqçılar araşdırmasından sonra məlum olub, silahlı insident Niqavan kəndində baş verib.
Faktla bağlı istintaq qrupu yaradılıb, araşdırma aparılır.
***
Atışma zamanı yaralananlardan daha biri ölüb.