Abramoviçin iki təyyarəsinə həbs qoyuldu

Abramoviçin iki təyyarəsinə həbs qoyulduNyu-York məhkəməsi rusiyalı milyarder Roman Abramoviçin əmlakına həbs qoyub.

Qərar iş adamına məxsus iki təyyarəyə şamil edilib. Bunlar “Boeing 787-8 Dreamliner” və “Gulfstream G650ER” təyyarələridir.

Məhkəmə sənədlərinə görə, “Boeing” Dubayda, “Gulfstream” isə Rusiyadadır.