Ermənistan Hindistandan qrant alacaq
Dərc olunub:
2-06-2022, 13:43
Ermənistan Hindistan hökumətindən bələdiyyələrin inkişafı qrantı alacaq. Saziş layihəsi cümə axşamı hökumətin iclasında təsdiq edilib.
Axar.az xəbər verir ki, bu barədə məlumatı erməni mediası yayıb.
Ümumilikdə Ermənistana 1 milyon dollara yaxın (478,2 milyon dram) qrant veriləcək.
Qeyd edək ki, bundan əvvəl Hindistan hökuməti bir sıra proqramlar çərçivəsində Ermənistana yardım edib.